Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cənubi Koreyada xəstəxanada yanğın - 41 ölü – VİDEO + FOTO

Cənubi Koreyanın Miryan şəhər xəstəxanasında baş verən güclü yanğın nəticəsində onlarla insan həlak olub.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC “Yonhap” xəbər agentliyinə istinadən məlumat yayıb.  

Yanğının kardioloji xəstəxananın təcili tibbi yardım şöbəsində meydana gəldiyi bildirilir. Hadisə nəticəsində azı 41 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.

Yanğın baş verən vaxt xəstəxanada və qocalar evinin yerləşdiyi qonşu binada 200-ə yaxın pasiyent olub. Onların çoxunun vaxtında təxliyyə edildiyi bildirilir.

Hadisə Cənubi Koreyada son 10 il ərzində baş vermiş ən böyük yanğın faciəsi hesab olunur. Səhiyyə rəsmiləri itkilərin artacağını istisna etmir. “Yonhap” xəbər agentliyi qurbanların çoxunun tüstüdən boğularaq öldüyünü bildirir. Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğının baş verdiyi xəstəxana 2008-ci ildən bəri fəaliyyət göstərir. Xəstəxanada 35 tibb işçisi çalışıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...