Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyə prezidenti Səməd Seyidova təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında “Zeytun budağı” əməliyyatına dəstək olduğu üçün Azərbaycanın qurumdakı  nümayəndə heyətinə minnətdarlıq ifadə edib.

Mynews.az bu barədə Türkiyə kütləvi informasiya vasitələrinə istinadən xəbər verir.

“Zeytun budağı” əməliyyatına dəstək olduğu üçün azərbaycanlı deputat Səməd Seyidova təşəkkür edirəm”, – deyə türkiyəli dövlət başçısı bildirib.

Türkiyə prezidenti bu əməliyyatın müstəsna olaraq terrorçuların zərərsizləşdirilməsinə yönəldiyini vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...