Afrindəki terrorçular tələyə düşdülər, Əli Bekki ələ keçirildi - VİDEO
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı ilə PKK-nın yüksək səviyyəli şəxsləri tələyə düşüblər. Yüksək səviyyəli rəhbərlər hərəkat öncəsi qaçsa da, terror təşkilatının Afrinə məsul olan "Dərviş Afrinli" kod adlı terrorçusu bölgədə qalıb.
Mynews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhlükəsizlik qaynaqları "Dərviş Afrinli"nin də zərərsizləşdirilə biləcəyinə diqqəti çəkir. PKK xeyli vaxtdır ki, Afrindəki silahlanma və təşkilatlanmanı İraqın şimalındakı Qəndildən verilən tapşırıqlara əsasən həyata keçirir.
Bu arada, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatı ilə bağlı yeni xəbərlər açıqlayıb. Məlumata görə, bu ana qədər 394 terrorçu öldürülüb, terror təşkilatının 340 hədəfi vurulub. Son olaraq, türk əsgərləri və Azad Suriya Ordusunun döyüşçüləri Əli Bekki yaşayış məntəqəsini ələ keçiriblər. PKK terrorçuları qoyub qaçdıqları əraziləri tərk etməmişdən öncə əvvəlcə minalayırlar.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1160 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1066 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 998 dəfə oxunub