Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tehranda qəzada ölənlər və 90-a yaxın yaralı var

İranın paytaxtı Tehranda qəribə yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, insident Tehranın cənubunda Moləvi küçəsində evsizlərin toplaşdığı ərazidə baş verib.

Belə ki, yetkinlik yaşına çatmayan sürücü təcrübəsizliyi səbəbindən idarəetməni itirərək avtomobili kütlənin üzərinə sürüb və daha sonra avtomobili saxlaya bilməyib.

Qəza nəticəsində azı 2 nəfər ölüb, 90-a yaxın adam yaralanıb.

Həmin sürücü polis tərəfindən saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...