Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ Rusiyanın nazir müavini də daxil olmaqla 21 fiziki və 9 hüquqi şəxsə sanksiya tətbiq edib

ABŞ-ın Federal Xəzinədarlıq İdarəsi Ukrayna ilə münaqişə və Krımın işğalı ilə əlaqədar Rusiya və Ukraynanın 21 fiziki şəxs və 9 hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın energetika nazirinin müavini Andrey Çerezov da var. Bundan başqa, Rusiyanın Energetika Nazirliyinin elektroenergetikanın operativ nəzarət və idarə olunması departamentinin rəhbəri Yevgeniy Qrabçaka qarşı da sanksiya tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlər üzərində nəzarətin idarəolunması departamenti Ukrayna hökumətinin icazəsi olmadan bu ölkəyə məxsus ərazilərdə hakimiyyətdə təmsil olunan 11 şəxsi də sanksiyalar siyahısına salıb.

Sanksiya siyahısında Sevastopolun qubernatoru Dmitriy Ovsyannikov da daxil olmaqla, "ABR Managament, "Evro Polis", "İnstar Logistics", "Vneştorqoservis", "Qaz Alyans" və digər şirkətlərin rəhbərlərinin də adları var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...