Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avropa İttifaqı: “Metsamor” AES bağlanmalıdır

Avropa İttifaqının Xarici İşlər Xidmətinin Şərq Tərəfdaşlığı şöbəsi rəhbərinin müavini Dirk Lorens hesab edir ki, Ermənistanın Atom Elektrik Stansiyası bağlanmalıdır.

Mynews.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayılıb.

“Biz hesab edirik ki, atom stansiyası ən qısa zamanda bağlanmalıdır. Belə ki, onu təhlükəsizliklə bağlı beynəlxalq tələblərə tam cavab verəcək səviyyədə təmir etmək mümkün deyil”, - deyə Lorens bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı “Metsamor” AES-in bağlanması müqabilində Ermənistana 200 milyon avro ayırmağı vəd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...