Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilərdən Saakaşviliyə qarşı gözləmədiyi addım - Yerəvandakı tədbirini ləğv etdilər + FOTO

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Ermənistanda planlaşdırılan kitab təqdimatı mərasimi ləğv edilib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Yerəvan şəhərində keçirilməli olan “Gücün oyanması” adlı kitabın təqdimatının təxirə salınması ilə bağlı 2 versiya səsləndirilir.

Belə ki, tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən verilən açıqlamaya görə, təqdimat texniki səbəbdən ləğv olunub. Lakin bunun yalan olduğu deyilir.

Qeyri-rəsmi olaraq isə bildirirlər ki, bunun  arxasında siyasi səbəblər dayanır. Məlumata görə, Mixeil Saakaşviliyə qarşı təqiblər onun kitab təqdimatına da təsir edib.

Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib. “Gücün oyanması” adlı kitabın təqdimatının fevralın 7-də keçiriləcəyi qeyd olunub.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...