Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə - ŞOK İDDİA
Türkiyə ordusu və "Azad Suriya ordusu"nun Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” keçirdiyi əməliyyat çərçivəsində Afrinin Aşrəfiya məhəlləsi bombalanıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə kürdlərin Suriya Demokratik Şurası Partiyasının nümayəndəsi Reyzan Hedu məlumat verib. Onun sözlərinə görə, bombardman zamanı 10 dinc sakin yaralanıb. Onları xəstəxanaya yerləşdiriblər.
“Bombardman zamanı dinc sakinlər zərər görüblər. Hazırda yaralıların kimliyi araşdırılır”, - deyə Reyzan Hedu bildirib.
Bundan əvvəl isə Suriya hökuməti bildirmişdi ki, Türkiyə hərbçilərinin qırıcıları dinc sakinlərə məxsus avtomobili vurublar. Nəticədə 3 nəfər xəsarət alıb. Türkiyə hökuməti isə xəbəri təkzib edərək, bu informasiyaların yalan olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 932 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 923 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 920 dəfə oxunub