Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda borca görə uşaq oğurlandı

Ermənistanın Kotaysk vilayətində  borca görə uşaq oğurlanıb.

Mynews.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 1-də 37 yaşlı  Eqvard şəhər sakini Varsenik A. Nairi Polis Bölməsinə müraciət edib.

O bildirib ki, həmin gün 14:00 radələrində 44 yaşlı Eqvard sakini Marine A. onun 10 yaşlı qızını aldadaraq evinə aparıb. Uşağın onun evində bir neçə saat saxlanıldığı bildirilir.

Məlum olub ki, Varsenikin Marineyə borcu olub. Sonuncu qəti şəkildə bildirib ki, pulu qaytarılana qədər Varsenikin qızını azad etməyəcək.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...