Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kadırov hicabsız qadınlardan danışdı - Onlar...

"Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral - Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.

R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: "Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib".

Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə - İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir:

"Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...