Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Amerikalı qazandığı 560 milyon dollar mükafatı almaq istəmir

560 milyon dollar qazanmış, ABŞ-ın “Powerball” lotereyasının qalibi mükafatı götürmək üçün tələb olunan şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməkdən imtina edib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qadın məhkəmə yolu ilə mükafatı anonim olaraq götürmək niyyətindədir.  Məhkəmə sənədlərində onun adı Ceyn Dou (Jane Doe) kimi təqdim olunur.

Bir qayda olaraq anonim iddia qaldıran şəxslərə şərti olaraq bu ad və soyad verilir.

İddiaçı qonşularının onun birdən-birə varlanmasından xəbər tutacağından, potensial cinayət və dələduzluq qurbanına çevriləcəyindən qorxur.

“O  gündəlik bazarlığa sakit, həyəcansız şəkildə  getmək, şəhərdə keçirilən tədbirlərdə təhlükəsiz şəkildə iştirak etmək istəyir, insanların onun milyonluq mükafat qazandığını bilməsini istəmir”, - deyə vəkili bildirib.

Lotereya təşkilatçıları hesab edir ki, qalibin ictimaiyyətə təqdim olunması bir tərəfdən, dələduzlardan sığortalanmasına kömək edir, digər tərəfdən, lotereya oyununu amerikalılar arasına populyarlaşdıran  güclü marketinq gedişidir.

Nyu Hempşir ştatının qanunlarına görə, qalibin adı, yaşadığı şəhər və əldə etdiyi məbləğ ictimai şəkildə elan edilməlidir.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...