Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Selfidəki ruh görüntüsü şok yaratdı

Amerikalı “Facebook” istifadəçisi Cessika Oqltri öz səhifəsində qızının çəkdiyi selfini paylaşıb.  

Mynews.az “Fox Tv”yə istinadən verdiyi xəbərə görə, fotoda 13 yaşlı qız uşağı və onun qardaşından əlavə başqa bir insanın ruhu görünür.

Qardaş-bacı gölə balıq tutmağa gediblər. Qızın çəkdiyi selfidə, arxa planda mavi köynəkli qardaşı ilə birlikdə beysbol kepkası taxmış qaradərili bir xəyalət də görünür.  

Foto internetdə böyük populyarlıq qazanıb və təxminən 6 min dəfə paylaşılıb. İstifadəçilərin rəyi isə haçalanıb: bəziləri bunu montaj hesab edib, digərləri isə öz fotolarında da bu cür ruh görtüntülərinə rast gəldiklərini deyiblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...