Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident seçkilərində Putinin rəqibləri bəlli oldu - SİYAHI

Rusiyada 18 mart tarixində keçiriləcək prezident seçkilərində Rusiya prezidenti Vladimir Putinlə yanaşı 7 nəfər namizəd də yarışacaq.

"Ölkə.Az" xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası gələn ay keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyat prosesini başa çatdırıb. Məlum olub ki, tək müstəqil namizəd Putindir. Digər 7 namizəd müxtəlif partiyalar tərəfindən namizədliklərini irəli sürüblər.

Seçkilərdə "Liberal Demokratlar" partiyasının lideri Jirinovski, "Kommunist" partiyasının namizədi Pavel Qrudinin, "Yabloko" partiyasının lideri Qriqoriy Yavlinski, "İnkişaf" partiyasının lideri Boris Titov, "Rusiya Xalq Şurası" partiyasının lideri Sergey Baburin, "Rusiya kommunistləri" partiyasının lideri Maksim Suraikin və "Vətəndaş təşəbbüsü" partiyasının namizədi Kseniya Sobçak iştirak edəcək.

Anket sorğularının nəticələrinə görə, Putin seçicilərin 60-70% etimadını qazanacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...