Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müəllimi tərəfindən zorlanan qız təcavüz videosunu yaydı - VİDEO

Amerikada 28 yaşlı Jamie Carrillo idman müəlliminin orta məktəbdə ona təcavüz etdiyini illər sonra ictimailəşdirmək qərarına gəlib. O, özündə saxladığı təcavüz videosunu hüquq mühafizə orqanlarına təqdim edib.

Mynews.az teleqraf.-a istinadən xəbər verir ki, Alhambra Kollecində cinsi təcavüzə məruz qalan gənc qız videonu öncə soial şəbəkədə paylaşıb. Videoda qadın idman müəllimi ilə tələbə arasındakı söhbət aydın eşidilir. Məlum olub ki, Andrea Cardosa adlı müəllim hazırda 28 yaşı olan Jamie Carrillo adlı tələbəsinə iki il təcavüz edib.

Təcavüzə məruz qalan Carrillo müəlliməsinin ilk dəfə onu 12 yaşında zorladığını deyib. Çarəsiz olduğunu deyən qız ilk olaraq müəliminin geyim otağında onu öpdüyünü və daha sonra əli ilə ona təcavüz etdiyini deyib. Carrillo müəlliminin ona qarşı cinsi münasibətinin iki il davam etdiyini söyləyib.

Gənc qızın müəllimə haqqında yaydığı iddialardan sonra şübhəli bilinən Andrea Cardosa vəzifəsindən kənarlaşdırılıb, barəsində cinayət işi açılıb.

Jamie Carrillo onun həyatını məhv edən Andrea Cardosa haqqında "Məndən istifadə etdiniz. Buna necə cürət etdiniz? Siz necə olur ki, öz vəzifənizə davam edirsiniz? Hər gün mənə etdiklərinizi düşünürəm. Mən 12 yaşında uşaq idim. Uşaqlığımı, həyatımı məhv elədiniz. Siz məni xəstə etdiniz. İndi 28 yaşındayam və təcavüzə məruz qaldığım yaşda uşaqlarım var. Mənə maraqlıdır, görəsən, indi işlədiyiniz məktəbdə hələ də az yaşlı uşaqlara təcavüz edirsiniz?" deyərək öz duyğularını dilə gətirib.
Faktla bağlı araşdırma davam edir. Videonu təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...