Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dərbənd icra başçısı həbs olunub

Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilovu saxlayıb.

Mynews.az xəbər verir ki, bu barədə “Кавказский узел” məlumat yayıb.

Məlumata görə, Dərbənd başçısı torpaq sahələrinin ayrılması ilə bağlı maxinasiyalarda şübhəli bilinir.

Cəlilov dindiriləndən dərhal sonra saxlanılıb. O, 2015-ci ildən bəri Dərbənd rayon Administrasiyasının rəhbəri olub.

Məlumata görə, Dərbənd başçısı ilə yanaşı, onun qardaşı, yerli meşə təsərrüfatı idarəsinin rəhbəri Zülfitdin Cəlilov da polisin nəzarətinə götürülüb.

Bundan əvvəl hüquq-mühafizə orqanları rayon administrasiyasında axtarış apararaq, torpaq təsərrüfatı ilə bağlı sənədləri müsadirə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...