Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni oliqarx onunla əlbir olanları satmağa söz verdi

Erməni əsilli biznesmen cəzasının yüngülləşdirilməsi məqsədilə Oleq Mkrtçyan Rusiya İstintaq Komitəsi ilə razılaşmaya gəlməyə çalışır.

Mynews.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, “Kuban” futbol klubunun keçmiş rəhbəri razılaşma müqabilində onunla cinayətdə əlbir olmuş tərəfdaşlarının adlarını açıqlamağa söz verib.

İstintaq Mkrtçyanı böyük məbləğli dələduzluqda şübhəli bilir. Onun barəsində aprelin 5-nə kimi həbs-qətimkan tədbiri seçilib.

Rusiyada biznesmen 100 milyon dollardan çox kredit pulla bağlı dələduzluqda ittiham olunur. O, kredit pulları ilə Armavirdə metalyayan zavod inşa etməli olsa da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...