Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada təyyarə qəzaya uğrayıb - Göyərtəsində 65 sərnişin, 6 ekipaj üzvü olub

Xilasedicilər Moskva ətrafında Ramensk rayonunda təyyarə düşməsi xəbərini yoxlayırlar.

"Ölkə.Az" "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat verib.

Fövqəladə Hallar xidmətindəki mənbənin məlumatına görə isə AN-148 sərnişin təyyarəsi Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Göyərtəsində 65 sərnişin, 6 ekipaj üzvü olan təyyarə 2 dəqiqə sonra radarlardan itib. 

Başqa bir şahidin məlumatına görə isə qəzaya uğrayan təyyarə tapılıb.

Təyyarə havadan görünür. Xilasedicilər isə hələ hadisə yerinə çatmayıblar.

Digər məlumata görə isə təyyarədə körpə uşaq da var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...