Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Moskvada azərbaycanlının qatili saxlanıldı

Moskvada “Slavyan bulvarı” metrosu yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşları Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Mynews.az xəbər verir ki, Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından olan mənbənin MK-ya verdiyi məlumata görə, ötən gün əvvəllər məhkumluğu olan 36 yaşlı Kabardin-Balkardan olan şübhəli şəxs Moskva Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin yanvarın 29-da metrostansiya yaxınlığında mübahisə etdiyi 32 yaşlı azərbaycanlını şahidlərin gözləri qarşısında güllələdiyi bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...