Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Zeytun budağı” ilə bağlı son məlumat

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1439 terrorçunu zərərsizləşdirib.

Mynews.az xəbər verir ki, bu barədə Türkiyə Ordu Baş Qərargahı bəyanat yayıb.

Suriyanın Afrin rayonunun PYD/PKK terrorçularından təmizlənməsi ilə bağlı “Zeytun budağı”əməliyyatı yanvarın 20-də başlanılıb.

Türkiyə SQ Afrindəki döyüş əməliyyatları beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik  Şurasının  terrora qarşı mübarizə məsələləri ilə bağlı qətnamələri və BMT Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə haqqında 51-ci maddəsinin tələblərinə uyğun şəkildə aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...