Peterburqda azərbaycanlı ailə qəzaya uğrayıb
Fevralın 12-də, axşam saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, qəzada azərbaycanlılar zərər çəkib.
Qəza Boqatır prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində baş verib. “VAZ” avtomobili iki xarici markalı avtomobillə toqquşub.
Polis əməkdaşlarının məlumatına görə, qəza əks hərəkət axınına yol verməyən “VAZ” markalı avtomobilin sürücüsünün ehtiyatsızlığından baş verib.
“VAZ” sürücüsünün Peterburqda yaşayan Azərbaycan vətəndaşı olduğu bildirilir. Məlumata görə, sürücü təhlükəsizlik qaydalarını pozaraq qabaq sərnişin oturacağında uşaqlarını daşıyıb. Zərbə altıyaşlı uşağı ön şüşədən çölə atıb. O, ağır vəziyyətdə 19 saylı şəhər uşaq xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, uşaq ciddi kəllə-beyin travması alıb, hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş azyaşlının süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Sürücünün digər övladı isə qəzadan sonra Müqəddəs Mariya Maqdalena adına 2 saylı şəhər uşaq xəstəxanasına yerləşdirilib. Qardaşından fərqli olaraq, qızın vəziyyəti kafidir, aldığı xəsarətlər həyati təhlükəli deyil.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1002 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub