Erməni deputat - O mənim sinəmə toxundu və şillələndi - VİDEO
Ermənistanda Yerevan Şurasının iclasında dava düşüb.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, “Yerkin tsirani” («Еркир цирани») partiyası fraksiyasının üzvü Marina Xaçatryanın, hakim Respublikaçılar partiyasının nümayəndəsi Edmon Kirakosyanı sillələdi.
Hadisə fevralın 13-də baş verib. Belə ki, Xaçatryanın, partiya üzvləri ilə birlikdə, şəhər sovetinin iclasına Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Bununla da o, həmkarlarını rayonun kanalizasiya sisteminin dəyişdirilməsinə ehtiyacın olduğunu çatdırmaq istəyib.
Çirkablı suyun iyi qısa müddət ərzində otağı bürüdü. Marina Xaçatryan bu suyu Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib.
Bu isə hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.
Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolların dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.
“Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun. Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”, – o deyib.
Ermənistan polisi artıq məlumat verib ki, hadisə ilə bağlı materialları hazırlayır.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 908 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 593 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 584 dəfə oxunub