Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kiyevdə toplantı: Azərbaycan, Ermənistan, Gürcüstan.. - FOTOLAR

Ukraynanın paytaxtı Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətin inkişafı mövzusunda tədbir keçirilib. 

Mynews.az-ın məlumatına görə, toplantıda Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusu təmsil edən 20-dən çox vətəndaş cəmiyyəti fəali iştirak edib. 

İki hissədən ibarət tədbirdə istirakçılar üçün şəffaf və dəyişkən liderliyin icrası üsulları, liderlik və şəbəkələnmə imkanlarının qurulmasına dair məşğələlər keçirilib. Azərbaycanı tədbirdə Azərbaycan Milli Avtomobil Klubu ictimai birliyi təmsil edib. Təşkilatın sosial layihələr üzrə rəhbəri Vəfa Hüseynli çıxışı zamanı qeyd edib ki, təşkilat "Azərbaycanda əlilliyi olan insanlar barədə ictimai maarifləndirmə və muyəssər nəqliyyat: 

məlumatların toplanılması, təkliflər paketinin hazırlanması" layihəsi çərçivəsində dövlət, vətəndaş cəmiyyəti təşkilatları və media nümayəndələri arasında əlaqə yaratmaqa çalışıb. Avropa İttifaqının vətəndaş cəmiyyətinə dəstək siyasəti üzrə rəsmisi Sinxiana Poinana bildirdi ki, bu proqram vasitəsilə iştirakçılar müvafiq şəbəkə üzrə və daha da peşəkarlaşmaq istiqamətində üsullara yiyələnəcək. Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün böyük imkanlar var. Hazırda qeyri-hökumət təşkilatlarının xaricdən maliyyə dəstəyi almasında müəyyən çətinliklərın olduğunu deyən Aİ təmsilçisinin qənaətinə görə vətəndaş cəmiyyəti fəalları gördükləri işlərdə müəyyən uğurlara nail olub. S. Poiananin sözlərinə görə, Aİ assosiasiya razılaşması imzalamayan ölkə kimi Azərbaycan ilə tərəfdaşlıq prioritetlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparır. Artıq Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatları ilə iş üzrə yol xəritəsinin hazırlığına başlayıb. 6 ay ərzində vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda inkişaf üçün prioritet sahələr müəyyənləşdirəcək.

Qeyd edək ki, məşğələlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2020-ci ilədək olan dövrü əhatə edəcək layihənin bir hissəsidir. 
Layihə Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdə vətəndaş cəmiyyəti iştirakçılarının bacarıq və imkanlarını artırmağa istiqamətlənib. Yekun məqsəd vətəndaş cəmiyyətinin fəallarının yeni üsul və kanallara sahib olaraq cəmiyyətdə vətəndaşların maraqlarını daha yaxşı təmsil etməsi və bölgədə qərar vermə prosesində daha böyük paya sahib olmasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...