Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İranda təyyarə qəzasının səbəbi məlum olub

“Aseman Airlines” şirkətinin nümayəndəsi ATR 72-500 təyyarəsinin qəzaya uğramasının ilkin səbəbini açıqlayıb.

Mynews.az Tasnim agentliyinə istinadən məlumatına görə, şirkət rəsmisi bildirib ki, hadisəyə səbəb atmosfer prosesləri və əlverişsiz hava şəraiti olub.

O bildirib ki, qəza Yasuc şəhərindən 22 km aralıda baş verib. Təyyarə Dena dağına çırpılıb. 

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...