Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB - VİDEO

20:36

Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki,  bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.

"Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb", deyə o bildirib.

19:37

Dağıstanın Kizlyar şəhərində maslenitsa bayramının qeyd olunması zamanı izdihama atəş açılıb.

Mynews.az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə respublikanın hüquq-mühafizə orqanlarında məlumat veriblər.

Atəşin yerli sakin tərəfindən açıldığı bildirilir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Təhlükəsizlik qüvvələri hücum silahlını məhv edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...