Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hakim doqquz futbolçunu meydandan qovdu, oyun dayandı - VİDEO

Braziliyada meydandan doqquz futbolçunun kənarlaşdırılmasından sonra hakim matçı dayandırıb.

Mynews.az oxu-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kuryoz hadisə Baya ştatının çempionatı çərçivəsində “Vitoriya” və “Baya” komandaları arasında keçirilən matçda qeydə alınıb.

Penaltinin təyin olunmasından sonra ot örtüyü döyüş meydanına çevrilib. Kütləvi dava nəticəsində beş futbolçu geyinib-soyunma otağına göndərilib.

Matç ərzində əsəblər tarıma çəkilib, bəzi futbolçuların hirsi soyumayıb. Bir neçə dəqiqədən sonra daha iki futbolçu (hər klubdan bir futbolçu) oyundan kənarlaşdırılıb.

Əsas vaxtın başa çatmasına 13 dəqiqə qalmış “Vitoriya” iki futbolçusunu itirib və meydanda cəmi altı futbolçusu qaldığından, hakim matçı dayandırmaq məcburiyyətində qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...