Şaurma almadığına görə ərindən ayrıldı
Misirli qadın ona şaurma almadığına görə ərində boşanmağa qərar verib.
Mynews.az xəbər verir ki, bu qeyri-adi insident barədə “Khaleej Times” məlumat yayıb.
“Bizi valideynlərimiz evləndirib. Onu ilk dəfə toydan bir neçə ay əvvəl görmüşəm, o vaxt onun belə xəsis olduğunu hiss etməmişdim”, – deyə qadın bildirib.
Şikayətçinin sözlərinə görə, nikahın elə ilk həftəsində əri gəzməyə getməyə nifrət etdiyini, pul itkisi olduğunu söyləyib.
Toydan 40 gün sonra qadın onu evdən çölə çıxarmağı bacarıb. Gəzinti zamanı qadın ərindən ona şaurma almağı xahiş etsə də, əri bundan imtina edərək, ona artıq meyvə şirəsi aldığını söyləyib.
Kişi onu merkantillikdə ittiham edərək, qalmaqal salıb. Bundan sonra qadın birdəfəlik olaraq belə qərara gəlib ki, valideynlərinin evinə qayıtsın. O, eyni zamanda, əri ilə bağlanmış nikaha xitam verilməsi üçün məhkəməyə ərizə ilə müraciət edib. Yaxın həftələrdə məhkəmədə ərizəyə baxılacaq.
2013-cü Misir qadınlara qarşı münasibətin ən bərbad vəziyyətdə olduğu ərəb dövləti seçilib. Ölkədə qadınlara qarşı zorakılıq ən yüksək səviyyədədir. İnsan haqları təşkilatlarının etirazlarına baxmayaraq, azyaşlı qızlar sünnət olunur, qadınlar hakimiyyət orqanlarında təmsil olunmur.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub