Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təcili: Türk hərbi təyyarələri Əsəd ordusunun PKK/PYD-yə yardım göndərdiyi Hələb-Afrin yolunu bombalayır - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Afrində PKK/YPG terrorçularına qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı çərçivəsində regionun ən kritik yerlərindən olan Hələb-Afrin yolu türk təyyarələri tərəfindən vurulub.

Avropa.info xəbər verir ki, Qərb mediası bu bombardmanı Hələbdən gələcəyi iddia edilən Əsəd rejiminə bağlı əsgərlərə təhdid kimi şərh edib.

Türk hərbi təyyarələrinin bombaladığı marşrut həlledici mövqeyə malikdir. Xüsusən Əsəd qoşunlarının Hələb üzərindən Afrinə gələcəyi xəbərlərindən sonra keçirilən bu əməliyyat, rejim əsgərlərinin yerləşdiyi bildirilən yerə tam 3 kilometr məsafədə yerləşir.

Bu bombardmanın Türkiyənin Əsəd rejiminə verdiyi bir mesaj olaraq şərh olunur.

aa_12

TSQ bölgədəki əməliyyatlarını böyük bir dəqiqliklə apararkən, həyata keçirilən hava hərəkatı canlı olaraq televiziyalarda yayımlanır. Livan mərkəzli “Al Mayedeen” televiziya kanalı türk təyyarələrinin Afrin-Hələb yolu yaxınlığında yerləşən Nubl kəndinin bombalanmasını saniyə saniyə canlı olaraq yayımlayıb.

ttt_22

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...