Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çində yas mərasimində striptiz şou göstərilməsinə qadağa qoyuldu - VİDEO

Çində dəfn mərasimlərində striptiz şoularının göstərilməsi hökumət tərəfindən qadağan edilib.    Kolgemedia.az xəbər verir ki, Çində yas mərasimlərinə striptiz oynayan qadınların gətirilməsi və cinsi məzmunlu tok-şoular keçirilməsi qadağan olunub. Çinin kəndlərində davam edən bu adəti Çin hökuməti açıq-saçıq qəbul edərək ləğv edib.    Ailələrə qohumlarının cənazə mərasimi üçün erotik tok-şoular nümayiş etdirən rəqqasları icarəyə götürməmək mövzusunda xəbərdarlıq edilib.     Çin hökuməti 10 ildən artıqdır ki, bu adəti dayandırmağa çalışır.  Ölkədə yas mərasimində bu cür tok-şoular Henan, Anhui, Jiangsu və Hebeide keçirilir.    Çin Times qəzetinə görə, bu ənənə 1990-cı illərdə yaranıb. Bu tip şoular ailənin cənazəyə daha çox iştirakçı cəlb etməsinə görə keçirilib.     Şounun qiyməti 225 funt-sterlinqdir (təxminən 500 manat). Bir icma ayda 20 ilə 30 arasında bu cür şou təşkil edir. Bəziləri bu adətin Tayvandan Çinə yayıldığını təxmin edir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...