Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Burada insanlar ya çılpaq formada, ya da tualetdə yemək yeyirlər - FOTOLAR

Dünyanın ən qəribə restoranları

Müasir dövrdə restoranlar daha çox müştəri cəlb etmək üçün yalnız keyfiyyətli yeməklər yox, bundan əlavə fərqli xidmətlər də təklif edir.

Manevr.az bu məqalədə dünyanın ən qəribə və fərqli xidmətlər təklif edən restoranlarından bəhs edəcək.

Havada yemək keyfi – “Dinner in the Sky”

Burada insanlar ya çılpaq formada, ya da tualetdə yemək yeyirlər – FOTOLAR

Adından da məlum olduğu kimi bu restoran müştərilərinə yerdən 50 metr yüksəklikdə xidmət təklif edir. Restoran Belçikanın Brüssel şəhərində yerləşir.

Su altı restoran – “Under”

Burada insanlar ya çılpaq formada, ya da tualetdə yemək yeyirlər – FOTOLAR


Kənardan baxdıqda nəhəng qayaya bənzəyən bu restoranın bir hissəsi suyun altındadır. Bura gələnlər yeməkdən əlavə dənizin dərinliklərinə açılan mənzərədən həzz ala bilər.

Tualetdə yemək – “Modern Toilet”

Burada insanlar ya çılpaq formada, ya da tualetdə yemək yeyirlər – FOTOLAR

Bu restoran digərlərindən dekorasiyasına görə xeylaq fərqlənir. Tayvanın Taipey şəhərində yerləşən bu restoranda yeməklər unitazda gətirilir. Restoranda müştərilər oturacaqlar əvəzinə unitazın üzərində oturur. Bu fikir bir çoxumuza görə iyrənc səslənsə də məkan il boyu müştərilərlə dolu olur.

Çılpaq yemək yemək – “O naturel”

Burada insanlar ya çılpaq formada, ya da tualetdə yemək yeyirlər – FOTOLAR



Bu restorana daxil olmaq istəyən paltarlarını kənarda buraxmalıdır. Restoran Fransanın paytaxtı Parisdə yerləşir. 20 yaşdan kiçiklər isə valideyn icazəsi olmadan restorana buraxılmır.

Həbsxanada yemək – “Alcatraz E.R”
 

Burada insanlar ya çılpaq formada, ya da tualetdə yemək yeyirlər – FOTOLAR



Bu restoranın dizaynı dünyanın ən təhlükəli həbsxanalarından biri olan Alkatraz həbsxanasına oxşar şəkildə dizayn edilib. Restoranın işçiləri isə məhbus paltarlarında xidmət göstərirlər. Restoranda Alkatraz həbsxanasının ab-havasını yaratmaq üçün səs gücləndiricilərindən istifadə edərək qışqırıq səsləri yayırlar./minval.info
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...