Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq bağçasında müəllimlər uşaqları belə döydü - VİDEO

Türkiyədə özəl uşaq bağçalarının birində uşaqların döyüldüyünü əks etdirən video görüntülər yayılıb.

Çoxsaylı şikayət əsasında rəhbərlik 4 müəllimə nəzarəti artıb. Nəticədə məlum olub ki, bağçada tərbiyəçi kimi işləyən 4 müəllim 35 azyaşlını aylarla döyüb, zorakılıq edib.

Bir ailə uşağının bədənindəki xəsarətləri görüb və bununla bağlı polisə şikayət edib. Polis əməkdaşları məlum şikayətlə bağlı bağçada araşdırma aparıb. Təhlükəsizlik kameraları incələnib və məlum olub ki, 4-6 yaş arası qrupa dərs deyən 4 müəllim kiçik uşaqlara şiddət tətbiq edib. Müəllimlər haqqında cinayət işi açılıb.

Daha əvvəl də bu kimi video görüntülərin yayıldığı bağçanın hələ də fəaliyyətinin davam etdirilməsi insanları narahat edir. Sonuncu görüntülərdə müəllimin uşağı vurduğu görünür. Uşaq yenidən müəlliminə yaxınlaşıb onu qucaqlamaq istəsə də, müəllim onu başından və qolundan tutaraq itələyir.

Həmin görüntüləri təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...