Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ailəsini öldürmək üçün muzdlu qatil tutdu

Rusiyada yaşayan 22 yaşlı gənc oğlan ana-atasını və 10 yaşlı bacısını öldürtmək üçün muzdlu qatil tutub.

Mynews.az yenicag. az-a istinadən xəbər verir ki, zəngin ailəyə mənsub olan gənc mirasa təkbaşına sahiblənmək üçün dəhşətli üsula əl atıb. O, 10 yaşlı bacısı və ana-atasını öldürmək üçün tutduğu qatilə 100 min manat təklif edib.

Lakin gənc oğlan istəyinə nail ola bilməyib. Belə ki, onun killer kimi tutduğu adam mülki polis olub. Oğlanı aldadan polis ailəni vəziyyətdən xəbərdar edərək, onların “qanlı” şəkillərini çəkib və bu yolla pulu ödəməyə gələn oğlanı saxlayıb.

Faktla bağlı araşdırma davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...