Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü - TƏFƏRRÜAT
Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.
Mynews.az-ın report-a istinadən məlumatına görə, Əhmədli kəndində qətlə yetirilən eyniadlı kəndin 1975-ci il təvəllüdlü sakini Abbasova Mahizər Məhəmməd qızı əvvəllər bir dəfə ailəli olub və evlilikdən bir qızı və bir oğlu var.
Qadının qızı ərdədir və bir uşaq anasıdır. Oğlu isə 15 yaşındadır və hazırda Əhmədli kənd orta məktəbində oxuyur.
M.Abbasova rayonun 1978-ci il təvəllüdlü Çanaqçı kənd sakini Qorxmaz Bağırova görə öz ərindən boşanıb və illərdir özündən 3 yaş böyük olan Q.Bağırovla vətəndaş nikahında yaşayır. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin məlumata görə isə, artıq o da, həyat yoldaşından boşanıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, qadının meyitini oğlu aşkar edib. Həmin gecə oğlu qonşuluqda olan bacısıgildə olub. Qadın oğluna həmin gün evə gəlməyəcəyini və tək qorxmaması üçün bacısıgilə getməsini istəyib. Səhər uşaq öz evlərinə qayıdanda anasını ölmüş vəziyyətdə görüb. Baş nahiyəsindən küt alətlə qətlə yetirilmiş qadının əvvəllər kiminləsə bir münasibətinin olmadığı bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Q.Bağırovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Çanaqçı kənd sakinləri bildiriblər ki, 1978-ci il təvəllüdlü Bağırov Qorxmaz Şamil oğlu sürücülüklə məşğuldur.
Özünə məxsus “ZİL” markalı avtomobillə yük daşıyaraq dolanır. Ailəsi və 15-16 yaşlı bir qızı və bir oğlu var. Təxminən bir ay əvvəl həyat yoldaşı məhkəmə yolu ilə ondan boşanıb. Buna kişinin başqa qadınla vətəndaş nikahında yaşaması, eyni zamanda öz xalası qızı üçün 3500 manat məbləğində kredit götürməsi və həmin krediti xalası qızının yox, məhz Q.Bağırovun öz uşaqlarının boğazından kəsərək ödəməsi səbəb olub.
Bildirilir ki, o, xalası qızı adına olan krediti qeyri-rəsmi yaşadığı qadına görə götürüb. Q.Bağırovun 2017-ci ilin yanvar ayında sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə 15 gün həbsdə olduğu da deyilir.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 (“Qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub