Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şiddətli döyüşlər gedir: - 6 kənd alındı

Suriyanın Münbic şəhərinin qərbində Azad Suriya Ordusu (ASO) ilə YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü – red.) arasında şiddətli döyüşlər gedir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ASO sözçüləri bölgədə yerləşən altı kəndin - Ulaşlı, Tel Turin, Karah, Umia, Böyük ve Kiçik Fikha kəndlərinin YPG-dən alındığını bildiriblər.

Al Bakki, Kirhoyuk, Bughaz ve Abu Hayj kəndlərində isə döyüşlər davam edir.

Qeyd edək ki, Türkiyə tərəfindən dəstəklənən ASO-nun əsasını ərəb döyüşçüləri təşkil edirlər. Onların bir çoxu məhz YPG tərəfindən Münbicdən çıxarılanlardır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...