Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şübhəli ölüm - Aşağı mərtəbəyə sızan su həqiqəti ortaya çıxardı - VİDEO

Trabzonda 48 yaşlı Rusiya əsilli Türkiyə vətəndaşı Alena Topaloğlu adlı qadının evindən alt mərtəbəyə su sızmağa başlayıb. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, xilasetmə və polis əməkdaşları evə girdikdə qadın cəsədi ilə qarşılaşıblar.

Hadisə binanın 6-cı mərtəbəsində qeydə alınıb. İddiaya görə, bir müddətdir ərindən ayrı yaşayan rus əsilli Alena Topaloğlunun yaşadığı mənzildən aşağı mərtəbəyə su sızmağa başlayanda digər ev sahibləri Topaloğluna xəbər vermək üçün qapısını döyüblər.  

Mənzildən səs verən olmadığı üçün hadisə yerinə polisi çağırıblar. Polislər və xilasetmə dəstəsi evə məzilin eyvanından daxil olublar. 

Ölüm hadisəsi ilə bağlı istintaq başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...