Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu ölkədə dövlət səviyyəsində “qiyamət” gününə hazırlıq gedir

Norveçin  Svalbard Takmada adlı rayonunda yerləşən dünya toxum anbarının konstruksiyasını gücləndirmək məqsədilə 12,7 milyon dollar xərclənəcək.

Dünyada məlum olan bütün bitkilərin toxumlarının qorunmasını qarşısına məqsəd qoyan anbar yer üzündə hər hansı bir fəlakət nəticəsində bitkilərin nəsli kəsiləcəyi tədirdə bu toxumlar vasitəsi ilə  həyatı davam etdirmək məqsədi ilə tikilib.

Bu anbar 10 il öncə Atlantik Okeanının sahilindəki qayalıqların içərisində inşa edilib. Norveçin kənd təsərrüfatı və ərzaq naziri Jon Georq Dale bildirib ki, qlobal qida təhlükəsizliyi və  bitki genetikasının qorunması məqsədi ilə bu anbarın fəaliyyəti bütün bəşəriyyət üçün  çox vacibdir.

Toxum anbarında qarğıdalı, buğda, arpa, kartof, lobya kimi gündəlik ərzaq məhsulları ilə yanaşı 890 min növ mədəni bitki toxumu mühafizə olunur. Anbar ümumilikdə 4,5 milyon növ toxumu qorumaq üçün nəzərdə tutulub.

Eyni zamanda anbarda dünyada məlum olan bütün informasiyaları  maqnit lentlərdə qoruyub saxlayacaq Dünya Bilgi Arxivi də fəaliyyət göstərir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...