"Atam birinin başını kəsdi, o birinə də 3-4 dənə soxdu" - Azərbaycanlı futbolçunun etirafları - VİDEO
ARB TV-nin"Rezonans”verilişi bu dəfə məhbusAbdulla Xəlilovunhəbsxana hekayələrini təqdim edib.
Abdulla Xəlilov (cəzası 7 il):"Anam 1 yaşım olanda vəfat etdi.Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları"podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim.
Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada istifadə etdim. Atamınorada düşmənləri var idi. Bir gün pivəxanada oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam birinin başını kəsdi, birinə isə 3-4 dənə soxdu. İkisini də öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım. Bizim"kruq”un pis olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım.
Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik, qapazı vurub telefonunu, pulunualırdıq. Bura düşməyim böyük səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən unudulmaz anımdır. Futbolçu olmuşam."Bakı”,"İnter”,"Neftçi”kimi klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki,davam edə bilsəydim, deyirəm. Bir qızı sevirdim. Mənə görə çox problem yaşayıb. Tutulandan bura danışmamışam. Bir dəfə zəng edib səsinə qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək istəyirəm”.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 990 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 965 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 954 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 953 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 950 dəfə oxunub