Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yarıçılpaq kişi təyyarədə stüardessa və sərnişinləri döydü - VİDEO

Rusiyada təyyarədə dava düşüb. Belə ki, Sankt-Peterburqdan Novosibirskə reys həyata keçirən təyyarədə sərnişinlərdən biri soyunub və təyyarədə aləmi bir-birinə qatıb. 

Mynews.az faktxeber-ə istinadən xəbər verir ki, hadisə sərnişinlərdən biri tərəfindən telefonun kamerasının yaddaşına köçürülüb.

 

Şahidlərin sözlərinə görə, o, ətrafdakıları təhqir edib, illüminatora zərər vurmaq istəyib, nəzarətçilərdən birini döyüb, sonra isə boğmağa çalışıb. Bundan başqa bir qadına təcavüz etməyə də çalışıb. Nəhayət bir neçə nəfərin köməyi ilə onu ram etmək mümkün olub, kəmərlərin köməyi ilə əl-qolu bağlanılıb.

Təyyarə eniş etdikdən sonra kişini aeroportun növbətçi bölməsinə gətiriblər, ancaq kişi orda da dinc durmayıb.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...