Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dağıstanda məmur həbsləri davam edir

Dağıstanda qaçaqmalçılarla əlaqədə şübhəli bilinən bölgənin gömrük xidmətinin rəis müavini Araz Qalimov saxlanılıb.

Mynews.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli hüquq mühafizə orqanlarında olan mənbəyə istinadən məlumat yayıb.

“Hüquq mühafizə orqanları respublikanın gömrük xidməti rəisinin müavini Araz Qalimovun evində axtarış aparıb. Axtarışdan sonra o, saxlanılıb” - deyə mənbə bildirib.

Onun sözlərinə görə, gömrük xidmətinin rəis müavini Rusiya-Azərbaycan sərhədindən qaçaqmalçılıqda şübhəli bilinir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Həqiqət və Ədalət” adlı 5-ci mediaforumunda etdiyi çıxışda, Dağıstanda korrupsiyayla mübarizənin davam etdiriləcəyini bəyan etmişdi

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...