Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Ərlərinə tabe olmayan qadınlar, axırınız belə olacaq” - Qorxunc canlı yayım

Üz-gözünə həyat yoldaşının qanı sıçrayan kişi Facebook-da canlı yayım edib.

Milli.Az Al Arabiya-ya istinadla xəbər verir ki, sosial şəbəkədə canlı yayıma çıxan 41 yaşlı Abu Marvan (Əbu Mərvan) izləyicilərinə qorxulu anlar yaşadıb.

"Ərlərinə tabe olmayan qadınlar, axırınız belə olacaq" - Qorxunc canlı yayım

“Ey ərlərinə tabe olmayan, itaət etməyən, onları əsəbiləşdirən qadınlar, hamınızın axırı bax belə olacaq” deyən Əbu Mərvan həyat yoldaşını bıçaqlayaraq öldürdüyünü söyləyib.

Hadisə Almaniyanın Baden Vürttemberq şəhərində baş verib. O, cinayətdən sonra saxlanılıb. O bildirib ki, ondan boşanmış arvadı livanlı kişiyə ərə getmək istədiyinə görə onu öldürüb. Almaniya mətbuatının yazdığına görə, Abu Marvan 37 yaşlı keçmiş arvadına boyun nahiyəsindən 5 bıçaq zərbəsi endirib.

Qeyd edək ki, Əbu Mərvan Suriya əsillidir. Onların 12 yaşlı bir övladı da var. Hadisədən sonra öz əməlinə haqq qazandırmağa çalışan qatil Facebook-da canlı yayıma 12 yaşlı oğlu ilə çıxıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...