Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru Ercan Yazgan vəfat edib.

Mynews.az türk mətbuatına istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib. 

Ötən həftə insult keçirən aktyor xəstəxanaya yerləşdirilmişdi. Həkimlər bildiriblər ki, E.Yazgan daxili orqanlarında yaranan çatışmazlıqdan vəfat edib.

Qeyd edək ki, E.Yazgan 1946-cı ildə anadan olub. O, "Perihan Abla" serialındakı sürücü İsmet xarakteri ilə məşhurluq qazanıb. 1989-2002-ci illərdə davamlı olaraq "Bizimkilər" serialında qapıçı Cəfər rolunu canlandırıb. Aktyor bir çox serial və filmlərdə rol alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...