Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Belqradda ATIŞMA: ölən və yaralananlar var

Serbyanın paytaxtı Belqradda atışma baş verib.

Mynews.az xəbər verir ki, ölkənin milli televiziyası atışma nəticəsində 1 nəfərin ölməsi, daha 2 nəfərin yaralanması barədə xəbər verib.

İnsident Ruzvelt küçəsində qeydə alınıb.

Hadisə ilə bağlı bildirilir ki, atəşi açan işdən azad edilmiş şəxs olub. O, odlu silahdan atəş açmaqla iş yoldaşları ilə "hesablaşmaq", qəzəbini soyutmaq istəyib.

Hazırda hadisə ilə bağlı Belqrad polisi araşdırmalara başlayıb.

(Trend.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...