Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Südünü kişilərə satan gənc qadın - özündən 2 litrə yaxın süd sağır - FOTO

Kiprdə 24 yaşlı Rafaela Lamprou adlı qadın yeddi ay öncə oğlu Anjelonu dünyaya gətirdikdən sonra artıq qalan südünü bodibildinqlə məşğul olan kişilərə sataraq indiyə qədər 25 min TL (12.5 min manat) pul qazanıb.

Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, gənc ana bu müddət ərzində özündən 500 litr süd sağaraq satıb.

Gənc qadın əvvəllər artıq qalan südünü saxlamaq imkanı olmadığı üçün başqa analara verdiyini, amma daha sonra kişilərin idman etdikləri üçün südünə tələblərinin olduğundan onu kişilərə satmağa başladığını söyləyib.

Rafaela südünü satmaq üçün Facebook qrupu yaratdığını, süd tələb edən kişilərin siqaret və spirtli içki içmədiyindən əmin olmaq üçün onu müayinədən keçirdiklərini də söyləyib.

Əri və iki uşağıyla birgə yaşayan qadın hər gün müntəzəm olaraq südünü müştərilərinə göndərir. 

Rafaela gündə təxminən özündən 2 litr süd sağır.

Əri arvadının bu addımını dəstəkləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...