13 yaşlı qızı zorladığı iddiası ilə öldürüldü - Uşağın ondan olmadığı üzə çıxdı - VİDEO
Ötən il Türkiyənin Adana şəhərində 17 yaşlı gənc Muhammet Reşit Yıldırım 13 yaşlı qız F.B.-ya təcavüz edərək hamilə qoyduğu iddiasıyla qızın atası tərəfindən öldürülmüşdü.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 80 milyonluq Türkiyə xalqının qarğışı ilə dəfn olunan gəncin uşağın atası olmadığı üzə çıxıb.
Məhkəmə heyəti, zorlamadan dünyaya gəldiyini iddia edilən uşağın öldürülən Muhammet Reşit Yıldırımın övladı olub-olmadığını müəyyən etmək məqsədi ilə DNT testi keçirilməsini tələb edib. Bu səbəblə məhkəmə təxirə salınmışdı.
Muhammet Reşit Yıldırımdan götürülən nümunələr yoxlanılmaq üçün Adana Kriminal Polis Laboratoriyası İdarəsinə göndərilib. DNT testi körpənin Reşitin övladı olmadığını üzə çıxarıb. Testin nəticəsi qızın atasının iddialarını əssasız çıxarıb. Tək oğlu öldürülən ata isə üsyan edib:
"Qızım 13 yaşında deyir, amma 16 yaşı var və mənim oğlumun da 16 yaşı var idi. Mənim oğlum bu xarakterdə bir insan deyildi, səhər işə qoyurdum, axşam da işdən gedib götürürdüm. Mən, sadəcə, ədalət istəyirəm. Bu işin içində kim varsa, cəzalandırılsın. Oğluma şər atıldı. Öldürüldüyü gün məhv olduq, anası artıq yeriyə bilmir. Oğlumu 80 milyonun qarğışı ilə dəfn etdim. Atası həm oğlumu öldürdü, həm də şou göstərdi".
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 979 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 945 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 935 dəfə oxunub