Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata ilə qızın "şeytan çıxarma ayini" - ölümlə nəticələndi

İsveçrənin Wagenhausen qəsəbəsində yaşayan 50 yaşındakı ata Klaus S. 25 yaşındakı qızını "şeytan çıxarma ayini" zamanı öldürüb.

Orta dövr ayinlərinə bağlı olan ata qızının şeytan tərəfindən ələ keçirildiyini düşünərək onu içindən qovmaq adı ilə bir ayin düzəldib.Əvvəlcə masaj edərək başlayan şeytan çıxarma ayini daha sonra atanın özündən çıxıb qızın qarnına yumruqlar atmasıyla davam edib. Vanessa. W adlı gənc qız zərbələrdən sonra ağır şəkildə yaralanıb. Buna baxmayaraq qalxıb duşa girən qız bir müddət sonra evdə həyatını itirib.
Gənc qızın alman atası ilə cəmi 2 il əvvəl tanış olduğu məlum olub. Vanessa ailəsinin ayrı olması səbəbindən atasız böyümüşdü və anası da atasının kim olduğunu yaxın zamana qədər ona bildirməmişdi.

Vanessanın bağırsaqlarının yırtıldığı, qaraciyərinin parçalandığı və daxili qanaxma nəticəsində həyatını itirdiyi bildirilib. Qatil ata "onu incitmək istəmədim, bunu bilərək etmədim" deyib. Qızın sevgilisi isə "Gördüklərimə inanmadım. Vanessa mavi dodaqları və solğun üzü ilə yerdə yatırdı."

Məhkəmə davam edərkən ataya cinayət səbəbi ilə14 il həbs cəzası verilib.
//metbuat

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...