Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada deputatın maşını atəşə tutulub - FOTO

Naməlum şəxslər Krasnodar vilayətinin rayon şurasının deputatı Artur Podolskinin maşınını atəşə tutub.

Mynews.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İstintaq İdarəsindən məlumat verilib:

“Naməlum şəxs deputatın idarə etdiyi maşınına əzı üç dəfə atəş açıb. Güllələrdən ikisi deputata dəyib. Hazırda o, xəstəxanadadır”.

Həmçinin qeyd olunub ki, bir neçə ay əvvəl deputatın qardaşı – sahibkar Timur Podolskiyə qarşı sui-qəsd icra olunmuşdu. Ötən ilin dekabrında mehmanxanalardan birində ona atəş açılmışdı.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...