Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çin və ABŞ-ın arası dəyə bilər - SƏBƏB

Çin ABŞ tərəfindən başladılan ticarət müharibəsinə sərt cavab verə bilər.

“Ölkə.Az” xəbər verir ki, bunu Çinin xarici işlər nazirliyinin nümayəndəsi Xua Çunyin deyib.

“Əgər kimsə bizi belə bir müharibədə iştirak etməyə təhrik etsə, biz qorxmarıq. Əgər ABŞ-ın bu fəaliyyəti bizim maraqlarımıza zərbə vursa, biz dərhal qəti cavab tədbirləri görəcəyik”, - deyə nazirlik rəsmisi qeyd edib.

Xua Çunyin əlavə edib ki, rəsmi Pekin Vaşinqtonla münasibətləri korlamaq istəmir:

“Son 40 il ərzində ABŞ-ın Çində böyük bazarı var. Milyonlarla çinli işlə təmin olunub. Bununla yanaşı, iki ölkə arasında anlaşmazlıq var. Trampın Çin mallarına 60 milyard dollarlıq vergi tətbiq etməsi Pekinin narazılığına səbəb olub”.

Bundan başqa, Çin ABŞ-a nota göndərərək  Tayvanla əməkdaşlığı dayandırmağa çalışıb. Bu, vahid Çin prinsipinə ziddir. Əks halda Çin-ABŞ münasibətləri korlana bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...