Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Almaniyada niqablı qadınların avtomobil sürməsi qadağan edilib

Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib.

Mynews.az Azərtac-a istinadən bildirir ki, Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq bu gün həmin qaydanı təsdiq edib.

Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz.

Buna baxmayaraq məhkəmə qadının dəlillərini kafi hesab etməyib və ona izah edib ki, sükan arxasında sifəti bağlayan baş geyiminin qadağan edilməsi yol hərəkəti qaydaları pozulduğu halda sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün zəruridir. Bundan əlavə, belə baş geyimləri sürücünün digər hərəkət iştirakçılarını görməsinə mane ola bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...