Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərnişinlə dolu avtobus şəhərin ortasında yandı - Anbaan - VİDEO


Çinin Harbin şəhərində içi sərnişinlə dolu avtobus şəhərin ortasında yanıb.

Avtobusun yanması müşahidə kamerasına düşüb. Avtobus alışan kimi sərnişinlər özünü bayıra ataraq qaçıb. Bir neçə dəqiqədən sonra partlayış baş verib.

Sosial şəbəkədə sürətlə yayılan video müzakirələrə səbəb olub. Müzakirəyə səbəb olan isə avtobusdan düşən sərnişinlərin sayıdır.

Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb.
mənbə: publika.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...