Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putin - “Ağlamaq yox, hönkürmək istəyirəm” - VİDEO

Rusiya prezidenti Vladimir Putin bildirib ki, "Zimnaya Başnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayını düşünəndə ağlamaq yox, hönkürmək istəyir.

Mynews.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Ölən uşaqların sayından danışanda ilk öncə ağlamaq yox, hönkürmək istəyirsən. Burada deyilənləri eşitdikdə isə dürüst desək, tamam başqa şeylər düşünürsən", - deyə prezident FHN rəsmisi Vladimir Puçkovun hesabatını dinləyərkən qeyd edib. 

Putin, eyni zamanda vurğulayıb ki, faciə ilə bağlı araşdırma diqqətlə aparılacaq, vəzifə və rütbəsindən asılı olmayaraq, bütün günahkarlar cəzalandırılacaq.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərindəki "Zimnaya vişnya" ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində azı 64 nəfər ölüb. Digər məlumatlarda ölü sayının 67 olduğu bildirilir. Onlardan 41-i uşaqdır. Yanğın nəticəsində 131 nəfər xəsarət alıb. 14 nəfər hələ də xəstəxanadadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...