Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lavrovdan Vaşinqtona cavab: "Bu, hələ son deyil"

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ tərəfindən diplomatik qarşıdurmaya qarşı cavab addımları atılacaq.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, Lavrov cavab addımlarının eyni ölçülü olacağını deyib.

"Çıxarılan rus diplomatlarının sayı qədər buradan xarici diplomat çıxarılacaq", - Lavrov bildirib.

Qeyd edək ki, Rusiya ölkədən 60 xarici diplomatı çıxarır, onlar ölkə ərazisini aprelin 5-ə qədər tərk etməlidirlər.

Bundan başqa, ABŞ-ın Sankt-Peterburq şəhərindəki baş konsulluğu bağlanılacaq.

Xatırladaq ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...